Qanunsuz olaraq narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Sultan Musayev və Hacı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S.Musayev 7 il 6 ay və H.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.