Narkoloji Dispanserin sabiq baş həkimi <span style="color:red;">HƏBS EDİLDİ- MƏHKƏMƏ
07 mart 2018 16:48 (UTC +04:00)

Narkoloji Dispanserin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ

0

Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Narkoloji Dispanserin sabiq baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın hökmündən prokurorluğun verdiyi protestə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti təmin edilib. Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi(şərti) hökmdən xaric edilib.

Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib. Ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Mətanət Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilmişdi.

Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv  edilib və o, məhkəmə zalından azadlığa buraxılmışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar