Nardaran hadisələri ilə bağlı həbs edilən iki nəfərin kassasiya şikayəti təmin olunmadı
12 iyun 2019 14:53 (UTC +04:00)

Nardaran hadisələri ilə bağlı həbs edilən iki nəfərin kassasiya şikayəti təmin olunmadı

0
Nardaran hadisələrinə görə həbs edilən  Elxan İsgəndərov və Əbülfəz Bünyatovun  kasssasiya şikayətlərinə baxılıb.
 
APA-nın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Hakimlər kollegiyasının qərarına əsasən, E. İsgəndərov və Ə. Bünyatovun kassasiya şikayəti təmin edilməyib.
 
Onlar Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyadov 15 il , E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.
 
Ə. Bünyatov barəsində polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar