Naməlum avtomobilin vurduğu piyada ölüb-<span style="color:red;">Tovuzda
12 oktyabr 2015 00:37 (UTC +04:00)

Naməlum avtomobilin vurduğu piyada ölüb-Tovuzda

0

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 11-də axşam saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda qeydə alınıb.

 

Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev yolu keçmək istəyərkən markası və dövlət nömrə nişanı hələlik məlum olmayan avtomobil tərəfindən vurulub. M. Mirzəyev Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar