Naməlum avtomobil piyadanı vuraraq qaçdı - Hacıqabulda
10 oktyabr 2016 21:19 (UTC +04:00)

Naməlum avtomobil piyadanı vuraraq qaçdı - Hacıqabulda

0

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Padar kəndində baş verib.

 

Kənd sakini, 1966-ci il təvəllüdlü İbrahimov Mikayıl İsmayıl oğlu naməlum avtomobil tərəfindən vurulub.

 

Müxtəlif dərəcəli xəsarətlər alan M.İbrahimov Şirvan şəhər xəstəxanasının travmatologiya  şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar