Yeni evlənmişdi, özünü 10-cu mərtəbədən atdı - Hoteldəki intiharın TƏFƏRRÜATI
12 dekabr 2015 11:10 (UTC +04:00)

Yeni evlənmişdi, özünü 10-cu mərtəbədən atdı - Hoteldəki intiharın TƏFƏRRÜATI

0

Dünən Şamaxı şəhərindəki "Şirvan" hotelində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, özünü 12 mərtəbəli mehmanxananın 10-cu mərtəbəsindən atan hotelin 27 yaşlı mühasibi Orxan Alıcanovun yeni evləndiyi məlum olub. İş yoldaşları bildiriblər ki, O.Alıcanov 3 ay əvvəl ailə həyatı qurubmuş.

 

İntiharın necə baş verməsinə gəlincə, O.Alıcanovun xidməti iş otağı hotel binasının birinci mərtəbəsində yerləşib. Dünən günorta saatlarında binanın 10-u mərtəbəsindəki yeməkxanaya gələn mühasib hələlik dəqiqləşməmiş səbəblərdən özünü pəncərədən atıb.

 

Onun konkret hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.

 

Qeyd edək ki, özünü 10-cu mərtəbədən atan O.Alıcanov hadisə yerindəcə vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır. 

 

 

*****

 

 

18:53

 

 

Şamaxıda intihar hadisəsi baş verib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən “Şirvan” hotelində qeydə alınıb.

 

Orada mühasib işləyən, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Orxan Alıcanov hotelin damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar