MTN-nin yaxaladığı narkotik alverçisinə<span style="color:red;"> 8 İL HƏBS
03 avqust 2015 15:00 (UTC +04:00)

MTN-nin yaxaladığı narkotik alverçisinə 8 İL HƏBS

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan narkotik maddə gətirməkdə təqsirli bilinən Vurğun Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V. Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vurğun Məlikov Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılıb, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar