Mikroavtobus aşdı: yaralılar var
13 iyun 2015 15:55 (UTC +04:00)

Mikroavtobus aşdı: yaralılar var

0

 

Ucarda mikroavtobus aşıb, xəsarət alanlar var.

 

APA- nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 13:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

“Mercedes Sprinter” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Tovuz rayon sakini, 1972-cil təvəllüdlü Məmmədov Rövşən Xaliqverdi oğlu və Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Əliyeva Vüsalə İsaxan qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisənin baş vermə səbəbi  Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar