Mikroavtobus “JEEP”lə toqquşdu: xəsarət alanlar var
0
0
Yevlax-Bərdə yolunda yol qəzası olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Ford” markalı mikroavtobus “JEEP” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan Qarayeva Fidan Əmiraslan qızı və Ağayev Etibar Şəfa oğlu xəsarətlər Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. “JEEP”də olan sərnişinlər - Zeynalov İftixar Əli oğlu və Abbasov Qabil Binnət oğluna isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
0
0