Metroda həyəcan: 30 yaşlı qadın qatar yoluna yıxıldı
13 yanvar 2015 20:18 (UTC +04:00)

Metroda həyəcan: 30 yaşlı qadın qatar yoluna yıxıldı

0

Bakı Metropoliteninin “Neftçilər” stansiyasında qadın qatar yoluna yıxılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu gün saat 17:32-də “Həzi Aslanov - İçərişəhər" marşrutu ilə hərəkət edən 5 saylı qatar “Neftçilər” stansiyasından tərpənəndən sonra 1985-ci il təvəllüdlü Əliyeva Sevinc qatar yoluna düşüb.

 

O dəqiqə qatar reysləri gərginlikdən ayrılıb. Sərnişin oradan çıxarılıb və heç bir xəsarət almayıb.

N. Paşayev mətbuatda guya "Neftçilər" stansiyasında  8-9 yaşlarında oğlan uşağının metro qatarının sonuncu vaqonunun arxasına düşməsi və qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənməsi barədə xəbərin həqiqətə uyğun olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar