Mərdəkanda ağır qəza: <span style="color:red;">sürücü maşında yandı
23 iyun 2014 23:01 (UTC +04:00)

Mərdəkanda ağır qəza: sürücü maşında yandı

0

Mərdəkan qəsəbəsində ölümlə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Mərdəkan-Şağan yolunda baş verib. Qəza zamanı “VAZ 2106” və “ZiL” markalı yük maşını toqquşub. Zərbənin təsirindən “Zil”in yanacaq çənindən axan dizel “VAZ 2106”ın üzərinə axıb. Nəticədə minik avtomobili yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşalrı çağırılıb. Olay yerinə gələn xilasedicilər “VAZ 2106” da yanan  27 yaşlı Abbasov Mirrəşid Mircəlal oğlunu meyitini aşkarlayıblar.

 

Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, “ZiL”i idarə edən 28 yaşlı Famil Cəfərov köməkçi yoldan əsas yola çıxırmış. Bu zaman Mirrəşid Abbasov gözləmə nişanının tələbini pozaraq avtomobilini “ZiL”ə çırpıb.

 

Faktla bağlı  Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2668

Oxşar yazılar