Məktəbli qız qaçırılıb<span style="color:red;"> - DİREKTORDAN AÇIQLAMA  - YENİLƏNİB
25 sentyabr 2016 12:52 (UTC +04:00)

Məktəbli qız qaçırılıb - DİREKTORDAN AÇIQLAMA - YENİLƏNİB

0

Məktəb direktoru məsələ ilə bağlı açıqlama verib. Lent.az xeberle.com- istinadən xəbər verir ki, o, belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: “Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam”.

 

 

xxx

 

11:01

 

Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar. Lent.az xəbər verir ki, avropa.info məlumat yayıb.

 

Bildirilir ki, hadisə sentyabrın 24-də baş verib.

 

Məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar