Məhkəmə qərar verdi: ANS haqlı, MTRŞ haqsızdır
05 noyabr 2015 16:58 (UTC +04:00)

Məhkəmə qərar verdi: ANS haqlı, MTRŞ haqsızdır

0

 

 

Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Nurəddun Mustafayevin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.      

 

Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.

 

“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

 

Şirkətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar