Bakıda 21 yaşlı oğlanın xeyli pulu oğurlanıb. Lent.az xəbər verir ki, Cəlilabad rayon sakini, 21 yaşlı Məhəmməd Babayev 34-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, içində 1552 manat olan pul qabı cibindən naməlum şəxs tərəfindən oğurlanıb.
Şikayətçinin sözlərinə görə, gecə saatlarında Məhəmməd Hadi küçəsində yerləşən mebel satışı ofisində oranın sahibi Pərviz Rəsulovla görüşüb. Onlar burada yeyib-içiblər. Daha sonra M.Babayev gödəkcəsini götürərək ofisdən çıxmaq istəyərkən cibindəki pul qabının götürüldüyünü görüb.
Müraciət əsasında araşdırma aparılır.