Bakıda gənc oğlan intihar edib. Lent.az xəbər verir ki, Maştağa qəsəbəsi Seyid İbad Ağa küçəsi 36 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Əliyev Həmid Əfqan oğlu özünü asaraq intihar edib.
24 yaşlı Həmid Əliyevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi və xəstəxanada qeydiyyatda olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.