Maştağada qətlə yetirilən məşhur qumarbazın cinayət işi MƏHKƏMƏDƏ
02 noyabr 2016 10:29 (UTC +04:00)

Maştağada qətlə yetirilən məşhur qumarbazın cinayət işi MƏHKƏMƏDƏ

1

Qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış noyabrın 8-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində qeydə baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Daha sonra o, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəhriyar Abbasquliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. Qətlə yetirilən İlham Ağayev qumarbaz olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 495

Oxşar yazılar