Bakıda dəhşətli qəzada ölən gənc: <span style="color:red;">“Bir gün ayağınla əzdiyin torpaq...”
19 may 2014 17:18 (UTC +04:00)

Bakıda dəhşətli qəzada ölən gənc: “Bir gün ayağınla əzdiyin torpaq...”

0

Lent.az-ın məlumatına görə, “MG” markalı avtomobilin “BMW” ilə toqquşması nəticəsində həlak olan 23 yaşlı Xəyal Əsgərov və 21 yaşlı Mahmud Quliyev tələbə olublar. Hər iki gənc yaxın dost olub və vaxtaşırı birgə şəhərə gəzməyə çıxırlarmış. Qəzadan bir neçə gün əvvəl isə 21 yaşlı M.Quliyev sosial şəbəkədəki səhifəsində “Bir gün ayağınla əzdiyin torpaq, sabah sənin üzünü örtə bilər” deyə status paylaşıb.

 

M.Quliyevin ölümündən sonra dostları onun bu paylaşmasının altından emosional şərhlər yazıblar.

 

 

*****

 

19.05.2014 / 09:59

Maştağa-Zabrat yolunda ağır qəza: ölənlər və yaralılar var

Mayın 18-nə keçən gecə Bakıda daha bir dəhşətli yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa-Zabrat yolunda, Məmmədyarov dairəsi yaxınlığında  “MG” və “BMW” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində “MG”nin sürücüsü, Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Xəyal Əsgərov və onun sərnişini 21 yaşlı Mahmud Quliyev həlak olub. «BMW» markalı avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Kamran Nuriyev sərnişinləri 1980-cı il təvəllüdlü Zaur Məmmədov, 1969-cu il təvəllüdlü Əzizağa Novruzov və 1990-cı il təvəllüdlü Həmidağa Nəbizadə xəstəxanaya yerləşdirilib,

 

 

Bildirilir ki, qəzaya avtomobillərdən birinin həddindən artıq sürətlə hərəkət etməsi və digərinin yoluna çıxması səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 15921

Oxşar yazılar