Maşınla piyadanı qəsdən vurdu – Bakıda olay
19 iyul 2016 13:13 (UTC +04:00)

Maşınla piyadanı qəsdən vurdu – Bakıda olay

0

Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 17-də Yasamal rayonunun Moskva prospektində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi “Daewoo” markalı avtomobillə Bakı şəhər sakini Vüsal Nəcəfovu qəsdən vurub. V.Nəcəfov xəstəxanaya yerləşdirilib.

 

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Şəhriyar Sadıqov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar