Maşından düşüb qeyb oldu - 67 yaşlı qadın axtarılır
03 sentyabr 2019 11:00 (UTC +04:00)

Maşından düşüb qeyb oldu - 67 yaşlı qadın axtarılır

0
Bakıda 67 yaşlı qadın itkin düşüb. 
 
APA-nın məlumatına görə, Səbail rayon sakini Şeysov İlya Vladimiroviç rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, sentyabrın 1-i saat 20 radələrində Bayıl qəsəbəsində idarə etdiyi avtomobili saxlayaraq məişət tullantıları atıb qayıdan zaman anası, 1952-ci il təvəllüdlü Olqa Şevtsovanın avtomobildən enib naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar