Maşın maneəyə çırpıldı - 45 yaşlı qadın xəsarət aldı
24 noyabr 2017 22:46 (UTC +04:00)

Maşın maneəyə çırpıldı - 45 yaşlı qadın xəsarət aldı

0

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması nəticəsində sərnişin, 1972-ci il təvəllüdlü Mirzəyeva Şərqiyyə Rasim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar