Maşın körpüdən aşıb, 3 nəfər xəsarət aldı
23 iyun 2019 09:15 (UTC +04:00)

Maşın körpüdən aşıb, 3 nəfər xəsarət aldı

0
Ötən gecə Astarada minik avtomobili körpüdən aşıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsinə  sərnişinlər - Yektarə Cəfərova (1962), Ağabəyim Cəfərli (1992) və Abdulla Cəfərli (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində Y. Cəfərovanın müalicəsi davam etdir. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar