Maşın kanala düşdü: ölənlər var
07 aprel 2019 10:40 (UTC +04:00)

Maşın kanala düşdü: ölənlər var

0
 
Salyanda avtomobil kanala aşıb, 2 nəfərə ölüb.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.
 
Neftçala rayonunun Qaçaqkənd sakini, 1990-cı il təvəllüdlü  Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin Neftçala sakini, 1994-cü il təvəllüdlü Mərhəmət İsrafilov hadisə yerində, sürücü isə səhər saatlarına aldığı xəsarətlərdən Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1073

Oxşar yazılar