Maşın 18 yaşlı velosipedçini vurdu - Ağdamda
02 sentyabr 2016 22:20 (UTC +04:00)

Maşın 18 yaşlı velosipedçini vurdu - Ağdamda

0

Ağdamda avtomobil 18 yaşlı velosipedçini vurub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndinə baş verib.

 

Kənd sakini, 1998-ci il təvəllüdlü Ehtiram Zeynalov yolu velosipedlə keçərkən “Ford” markalı avtomobillə toqquşub. Sürücü E.Zeynalovu Ağdam Mərkəzi Xəstəxanasına çatdırıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, müayinə zamanı E.Zeynalovda kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri müəyyən olunub. Onun həyatın təhlükə olmadığı bildirilir.

 

Sürücü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar