Masallıda dəhşətli hadisə: <span style="color:red;">81 yaşlı qadın diri-diri yandı
30 dekabr 2017 10:32 (UTC +04:00)

Masallıda dəhşətli hadisə: 81 yaşlı qadın diri-diri yandı

0

Masallı rayonunda ölümlə nəticələnən yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar