Mayın 5-də Masallı rayonunun Şatıroba kəndində yaşayan 77 yaşlı Şəfiqə Tağıyeva evindən qol və ayaq sümüyünün sınığı ilə xəstəxanaya gətirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, O, izahatında xəsarətin evində yıxılması nəticəsində aldığını bildirib. Ş.Tağıyeva mayın 7-də xəstəxanada ölüb.
Masallı RPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Ş.Tağıyevanın Şatıroba kəndi ərazisində kənd sakini Sübəddin Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə vurulması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.