Magistral yolda ağır qəza: <span style="color:red;">4 nəfər yaralanıb
28 fevral 2016 17:47 (UTC +04:00)

Magistral yolda ağır qəza: 4 nəfər yaralanıb

0

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 28-də saat 16.00 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “VAZ-21015"  markalı, 42 BM 205 dövlət nömrə nişanlı və "VAZ-21007" markalı, 90 LS 179 nömrə nişanlı markalı minik avtomobilləri toqquşub.  

 

Güclü zərbə nəticəsində hər iki avtomobilin dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Onlardan ikisinin - rayonun Mamusta kənd sakinləri, 56 yaşlı Səməd Dadaşov və 26 yaşlı Ramil Quliyevin vəziyyəti daha ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin versiyaya görə, qəzaya "VAZ-21007"-nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və qarşı tərəfə çıxması səbəb olub. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar