Bakıda rəfiqəsini corabla boğub öldürən qadına <span style="color:red;">8 İL HƏBS
18 dekabr 2014 16:53 (UTC +04:00)

Bakıda rəfiqəsini corabla boğub öldürən qadına 8 İL HƏBS

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini öldürməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Sevinc Hüseynova barəsindəki cinayət işinin məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovanın sədrlik etdiyi prosesdəS.Hüseynovaya hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 48 yaşlı qadın 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Sevinc Hüseynova Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilində ev sahibəsini kapron corabla boğaraq öldürüb.

 

S. Hüseynova martın 30-da könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar