Lənkəranda qəza - <span style="color:red;">2 yaralı  - <span style="color:red;">YENİLƏNİB
18 sentyabr 2017 00:44 (UTC +04:00)

Lənkəranda qəza - 2 yaralı - YENİLƏNİB

0

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, xəsarət alanlar Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Rüfət Mirzəhəsən oğlu Rəsulov və onun yaxın qohumudur.

 

R.Rəsulovun vəziyyətinin ağır olduğundan Lənkəran rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarəti yüngül olan digər şəxs ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

***

 

Lənkəranda iki avtomobil toqquşub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.

 

İki avtomaşının toqquşması nəticəsində 2 nəfər  Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralıya ilkin tibbi yardım göstəriliB. Onların kimliyi dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar