Bu gün Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qarasu kənd sakini, 1952-ci il təvəllüdlü Abışova Məhbubə Həbil qızı yaşadığı mənzildə eletrik cərəyanı vurması nəticəsində ölüb. Qadın səhər saatlarında elektrik qızdırıcısını cərəyana birləşdirərkən bədbəxt hadisə ilə üzləşib və yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.