Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda azyaşlı uşaq faciəli şəkildə ölməsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Kürdəmir rayonu Mollakənd kəndinin ərazisində Göyçay şəhər sakini Eldar İsmayılov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini, 2004-cü il təvəllüdlü Samir Qasımovu vurub. Piyada hadisə yerində ölüb. Hazırda faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.