Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Həmin avtomobildən Belarusiya və Gürcüstan Respublikalarının aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.