Koma vəziyyətində olan fotoqraf vəfat etdi<span style="color:red;"> - FOTO
27 sentyabr 2017 18:09 (UTC +04:00)

Koma vəziyyətində olan fotoqraf vəfat etdi - FOTO

0

Bu ilin iyun ayının 8-də Bakıda avtobus dayanacağında olarkən “Nissan Gashgai” markalı, 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vurduğu fotoqraf Azər Həmzəyev vəfat edib. Lent.az xəbər verir ki, bu barədə fotoqrafın dostları bildiriblər. Həkimlərin səylərinə baxmayaraq koma vəziyyətində olan Azər Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb və o, bu gün xəstəxanada keçinib.

 

Qeyd edək ki, məlum hadisə iyunun 8-də səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində baş verib. Sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq avtobus dayanacağına toplaşmış insanlara çırpılıb.

 

Həmin qəza nəticəsində ağır xəsarət alan və 3 gün sonra ölən 1978-ci il təvəllüdlü Tahirə Mahruzovanın yaxınlarını tapmaq hələ də mümkün olmayıb. Avtomobilin vurduğu digər 2 nəfər isə müalicə edildikdən sonra evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar