Keçmiş məhkum yenə sakit qalmadı: mağazanı yarıb...
11 avqust 2019 13:02 (UTC +04:00)

Keçmiş məhkum yenə sakit qalmadı: mağazanı yarıb...

0
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-iyun aylarında rayon ərazisindəki bir mağazadan beş mobil telefon, iki avtomobildən akkumulyator, habelə iki evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə yaxalanılıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 5-də və 6-da rayon ərazisindəki iki evdən musiqi aləti, pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Nəzərov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 864

Oxşar yazılar