Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Aygün Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il paytaxta baş verib. Şəhər sakini Aygün Quliyeva tanışı ilə birlikdə kafedə yeyib içib. Tanışlar arasında münasibət korlanıb. Aygün Quliyeva tanışını bıçaqlayıb. Polis tərəfindən saxlanılan Aygün Quliyevaya Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.