Kababdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT
03 avqust 2016 11:40 (UTC +04:00)

Kababdan kütləvi zəhərlənmə hadisəsi ilə bağlı RƏSMİ MƏLUMAT

0

Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 2-də Tovuz rayonunun Azaflı kəndində yaşayanlar Nizami Musayev, arvadı Zərifə, qızı  Leyla, oğlu Rövşən, qohumları Şəhla Musayeva, qızları Fəridə, Səidə, Ömər Abdullayev, Samirə Həsənova, Aygün Tağıyeva evlərində qidadan (qoyun əti) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, qohumlar məclisdə süfrəyə verilmiş kababdan zəhərlənib.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar