İstirahət günlərində 5 qəza: 1 ölü, 8 yaralı
29 yanvar 2018 09:23 (UTC +04:00)

İstirahət günlərində 5 qəza: 1 ölü, 8 yaralı

0
 
Yanvarın 27-dən 29-dək daxili işlər orqanları tərəfindən gün ərzində 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb. 
 
 
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.  
 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar