Dünən İsmayıllı meşələrində itkin düşmüş şəxs tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Lahıc qəsəbəsində meşə ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. 12 iyul tarixindən itkin düşmüş vətəndaşın axtarışı İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən mütəmadi davam etdirilib. Vətəndaş Nial dağlarının kənarındakı meşəlik ərazidən tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat bu gün saat 10:30-da başa çatıb.