İŞİD iordaniyalı girovu da edam etdi: o qəfəsə salınaraq diri-diri yandırıldı
03 fevral 2015 21:44 (UTC +04:00)

İŞİD iordaniyalı girovu da edam etdi: o qəfəsə salınaraq diri-diri yandırıldı

0

İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrları yayıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Frans Press məlumat yayıb.  

 

Məlumata görə silahlılar  girovu diri-diri yandırıb.   

 

İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunub.    

 

Muat əl Kəsasbeh edam edildikdən sonra onun qalıqları ekskavator vasitəsilə basdırıb.  

 

Qeyd edək ki, bundan əvvəl İŞİD girov götürdüyü 2 Yaponiya vətəndaşını edam edib. Terrorçular girov götürdüyü yaponların  və iordaniyalı pilotun azad olunması üçün İordaniya həbsxanalarından 27 terrorçunun azad edilməsini tələb etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar