İranlı zəvvarlar İraqda yol qəzasına düşdü: 8 ölü, 30 yaralı
11 oktyabr 2019 11:43 (UTC +04:00)

İranlı zəvvarlar İraqda yol qəzasına düşdü: 8 ölü, 30 yaralı

0
 
 
İranlı zəvvarları daşıyan avtobus İraq ərazisində qəzaya düşüb.
 
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, içərisində zəvvarlar olan avtobus digər avtobusla toqquşub.
 
Nəticədə 8 iranlı zəvvar ölüb, 30-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.  
 
İranlı zəvvarlar İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə Kərbəla şəhərinə gedirmişlər.
 
Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə ziyarətə gedir.
 
Bu il Ərbəin oktyabrın 19-na təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 874

Oxşar yazılar