Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyən Rufan və Lətif Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Lətif Məmmədov 11 il, Rufan məmmədov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hər iki şəxs İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər