İran vətəndaşı: “Qonşular köynəyimi oğurlayıb” <span style="color:red;">– Bakıda qəribə olay
01 avqust 2015 17:47 (UTC +04:00)

İran vətəndaşı: “Qonşular köynəyimi oğurlayıb” – Bakıda qəribə olay

0

Bakıda yaşayan İran vətəndaşı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Lent.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Necat Sail Qulamreza oğlu bildirib ki, yaşadığı Şahlar Allahverdiyev küçəsi 53 ünvanındakı evin həyətində asılmış köynəyi oğurlanıb. 47 yaşlı S.Necat əlavə edib ki, onun köynəyini qonşuları oğurlayıb.

 

Ərazi üzrə müvafiq polis bölməsinin əməkdaşları onlara müraciət edən İran vətəndaşının evinə dəfələrlə getsələr də, onunla əlaqə saxlamağa çalışsalar da bu mümkün olmayıb.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar