İran-Azərbaycan sərhədində güclü YANĞIN
18 iyun 2014 13:13 (UTC +04:00)

İran-Azərbaycan sərhədində güclü YANĞIN

0

İran-Azərbaycan sərhədində, Araz çayının o tayında güclü meşə yanğını olub.


 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 17-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Parsabad (Muğan) rayonunun Dostlu kəndində baş verib.

 

Nəticədə yüzlərlə ağac yanaraq məhv olub. İran tərəfi yanğının söndürüldüyünü açıqlayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 925

Oxşar yazılar