Sərxoş vəziyyətdə 85 yaşlı anasını öldürdü, gəlinə isə 9 bıçaq zərbəsi - <span style="color:red;">YENİLƏNİB
10 avqust 2014 12:59 (UTC +04:00)

Sərxoş vəziyyətdə 85 yaşlı anasını öldürdü, gəlinə isə 9 bıçaq zərbəsi - YENİLƏNİB

0
Avqustun 8-də İmişli rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Qaralar kənd sakini, 42 yaşlı Etibar Məmmədovun amansızlıqla qətlə yetirdiyi anası Gövhər Məmmədovanın 85 yaşı varmış. E.Məmmədov həmin gün sərxoş vəziyyətdə evə gəlib və anası, eləcə də kiçik qardaşının həyat yoldaşı, 24 yaşlı Tünzalə ilə mübahisə edib. Ailə-məişət zəminində başlamış mübahisə münaqişəyə çevrilib və 42 yaşlı kişi bıçağa əl atıb. O, 85 yaşlı anasına 5 bıçaq zərbəsi vurub. Zərbələrdən 3-ü daxilə nüfuz edib və qadının ölümünə səbəb olub. Qayını 24 yaşlı gəlinə isə 9 bıçaq zərbəsi vurub. Lakin zərbəlrdən heç biri öldürücü olmayıb.
 
Bildirilir ki, E.məmmədov artıq tutulub. O, daha əvvəl də cinayət törətdiyinə görə məhkum edilibmiş.
 
 
`````
 
9 avqust 13:54
 
İmişli rayonundan qətl törədilib.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Nəticədə anası hadisə yerində dünyasını dəyişib, Tünzalə xəstəxanaya yerləşdirilib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Məmmədov tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9472

Oxşar yazılar