ANS-in “Günə baxan” proqramının aparıcısı İlqar Mikayıloğlu bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən iclasdan sonra azadlığa buraxılan bacısı, sabiq deputat Gülər Əhmədovdan danışıb. Öz təəssüratlarını Lent.az-la bölüşən İ.Mikayıloğlu sevincli olduğunu bildirib: “Bacım azadlığa buraxıldı. Çox sevincliyəm. Bu xəbəri eşidən insanlar mənə zəng edir. Bayaqdan telefonum susmur. İnsanlardan təbrikləri qəbul edirəm. Allahdan hər zaman bu günü ümid ilə gözləyirdim”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilirdi.