Masallıda binaların təmirinə pul ayrıldı
05 sentyabr 2016 18:26 (UTC +04:00)

Masallıda binaların təmirinə pul ayrıldı

0

Prezident İlham Əliyev Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

 

Bundan başqa Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar