Şəmkir rayonunun Sarıtəpə kəndində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 18-də Şəmkir rayonunun Sarıtəpə kəndində yaşayan Bahar İbrahimlini evinin həyətində ilan sancıb. Xəstəxanaya yerləşdirilmiş B.İbrahimli aprelin 25-də orada ölüb.
Araşdırma aparılır.