Bakıda və Gəncədə bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da Binəqədi qəsəbəsində yaşayan Nəriman Abbasov və Gəncə şəhərində yaşayan Ləman Heydərli dəm qazından zəhərlənərək ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.