İki qardaşı qanına bələyən gəncə<span style="color:red;"> 5 İL HƏBS
28 sentyabr 2015 14:51 (UTC +04:00)

İki qardaşı qanına bələyən gəncə 5 İL HƏBS

0

Bu gün Bakı Ağır Cinayətləri Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü İbrahimov Samir Vüqar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Samir İbrahimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il fevral ayının 23-də Şamaxının Şəhriyar qəsəbəsində qeydə alınıb.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Samir Vüqar oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1994-cü il təvəllüdlü Manafov İsmayıl Pənah oğlunu və onun qardaşı, 1996-cı il təvəllüdlü Manafov Ramil Pənah oğlunu bıçaqlayıb.

 

Hadisəni törədən Samir İbrahimov hadisə yerindən qaçıb.

 

Xəsarət alan qardaşlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat olunublar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir İbrahimov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar