Şəmkir rayon sakini külli miqdarda pul oğurlamağa cəhd edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçıb. S.Əliyev hadisə yerindən uzaqlaşmağa çalışarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.