Faciəvi şəkildə ölən 18 yaşlı oğlanın FOTOSU
05 yanvar 2018 11:28 (UTC +04:00)

Faciəvi şəkildə ölən 18 yaşlı oğlanın FOTOSU

0

Dünən Mingəçevirdə baş vermiş ağır yol qəzasında vəfat edən gəncin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, Heydər Əliyev prospektində "Nissan" markalı, 99 GF 706 nömrə nişanlı avtomobilin vurub öldürdüyü gəncin Qubadlı rayonundan məcburi köçkün, 2000-ci il təvəllüdlü Sarvan Mustafazadə olduğu müəyən edilib. 

 

Hadisə şahidləri bildiriblər ki, avtomobil yolu keçməyə çalışan 3 nəfəri vurub. Digər iki nəfər yüngül xəsarətlə qurtulsa da, 18 yaşlı Sarvan hadisə yerində vəfat edib. Onun qardaşı Sarvanın ölüm xəbərini eşidəndən sonra intihara cəhd edib.

 

*****

 

11:07

 

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev prospektində "Nissan" markalı, 99 GF 706 dövlət qeydiyyat nişanlı minik avtomobili 2000-ci il təvəllüdlü oğlanı vurub. Ağır xəsarət alan piyada vəfat edib.

 

Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar